Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Suriya ordusunun daha bir generalı və iki polkovniki Türkiyəyə qaçıb
05.07.12 20:09

Suriya ordusunun daha bir generalı və iki polkovniki Türkiyəyə qaçıb. Hərbçilər ailələri ilə birlikdə Hatayın Reyhanlı qəsəbəsinin Bükülməz, Kuşaklı və Kavalcıq kəndlərinə yerləşiblər. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, 26 nəfərlik qrup rəsmi prosedurlardan sonra Apaydın çadır şəhərciyinə göndərilib. Türkiyəyə qaçan 40 nəfərlik başqa bir qrup isə Şanlıurfanın Ceylanpınar qəsəbəsindəki çadır şəhərciyinə yerləşdirilib. Türkiyəyə sığınan suriyalıların sayı 35365-ə çatıb. Suriya vətəndaşlarına Türkiyədə yemək və qalmaqla yanaşı, tibbi, sosial, təhsil, ibadət, tərcüməçilik, kommunikasiya xidmətləri göstərilir.
URL / WWW
http://kelam.az/article/a-6696.html