Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası maarifləndirmə aksiyasına başlayıb
05.07.12 20:09

Əhali kommunal xidmətlər və istehlakçı hüquqları ilə bağlı maarifləndirilir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından “KƏLAMİNFO”ya verilən məlumata görə, növbəti layihə region sakinlərinə həsr edilib. Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilən “Kommunal xidmət sahəsindəki problemlərin aradan qaldırılmasına kömək məqsədilə ictimai dəstəyin təşkili, qanunvericilik bazasının gücləndirilməsi üçün tövsiyələrin hazırlanması” layihəsi çərçivəsində regionlarda əhali kommunal xidmətlər və istehlakçı hüquqları barədə maarifləndirilirlər. Bu məqsədlə Şamaxı, Cəlilabad və Xaçmaz rayonlarında seminarlar təşkil edilib. Seminarlarda kommunal xidmət sahələri, habelə istehlakçıların hüquqları ilə bağlı milli və beynəlxalq qanunvericilik bazaları ilə bağlı geniş söhbət aparılıb. Seminarlar zamanı aparılan söhbətlər bu layihənin nə dərəcədə zəruri olduğunu və daha geniş formatda keçirilməsinin vacib olduğunu ortaya çıxarıb.
URL / WWW
http://kelam.az/article/a-6694.html