Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İlham Əliyevin Aİ-nin prezidenti ilə geniş tərkibdə görüşü olub
06.07.12 03:09

Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun rəsmi qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verib. Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Herman Van Rompuya, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Sonra Azərbaycan prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
URL / WWW
http://kelam.az/article/a-6691.html