Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Los-Ancelesin Kaliforniya Universitetində “Azadlığa aparan yol və Qanlı Yanvar” mövzusunda seminar təşkil edilib
27.01.10 20:04

Los-Ancelesin Kaliforniya Universitetində (UCLA) Yaxın Şərq Araşdırmaları Mərkəzinin dəstəyi ilə 1990-cı ilin yanvar faciəsinə həsr olunmuş “Azadlığa aparan yol və Qanlı Yanvar” mövzusunda seminar təşkil edilib. Azərbaycanın ABŞ-ın Los-Ancelesdəki Baş konsulluğundan KƏLAMİNFO-ya verilən məlumata görə, seminarda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov məruzə ilə çıxış edib. Diplomat faciə ilə nəticələnən qanlı Yanvar hadisələrinin tarixinə toxunub, o vaxtkı Kreml rəhbərliyinin Azərbaycana qarşı sərt mövqeyi barədə məlumat verib. 20 Yanvar hadisələrinin ölkəmizin müstəqilliyinin təməlinin qoyulmasında mühüm rol oynadığını bildirən baş konsul, keçmiş SSRİ rəhbərliyinin Azərbaycana və digər respublikalara qarşı tətbiq etdiyi zorakılıq siyasətinin sonda Moskvaya qarşı çevrildiyini və imperiyanın süqutuna səbəb olduğunu vurğulayıb. Diplomat 20 yanvar hadisələrindən sonra ağır məqamda Azərbaycana xalqımızın ümummilli lideri Heydər Əliyevin dəstəyinin böyük rol oynadığını xüsusi qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-669.html