Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda müzakirə keçirilir
06.07.12 02:09

Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Kreativ nəsil: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirə keçirilir. “KƏLAMİNFO”nun məlumatına görə, SAM rəhbəri Fərhad Məmmədov bildirib ki, tədbirin məqsədi yeniləşən Azərbaycan gəncinin gələcəyə baxışının formalaşmasını müzakirə etməkdən ibarətdir: “Bir neçə həftə əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bununla bağlı fundamental məqaləsi dərc olunub. Bu, həmin məqalə ilə əlaqədar ilk ictimai müzakirədir. Çox şadıq ki, bu müzakirələri ilk olaraq gənclər aparır”. Hazırda ölkə əhalisinin 60 faizindən çoxunu gənclər təşkil etdiyini xatırladan F.Məmmədov bildirib ki, oxşar müzakirələrin bundan sonra elmi ictimaiyyət, vətəndaş cəmiyyəti qurumları ilə aparılmasını təşkil edəcəklər. “Bu gün həmçinin bir neçə təqdimat da keçiriləcək. İlk növbədə Azərbaycanın yeni postmodern cəmiyyətə keçidi, modernləşmənin iqtisadi, siyasi, sosial, iqtisadi tərəfləri, bütün bu proseslərdə gənclərin rolu və vəzifəsi məsələləri müzakirə ediləcək. Gənclər tərəfindən səslənən təkliflər ümumiləşdirilərək Azərbaycan Prezidenti Administrasiyasına təqdim ediləcək”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi Kamal Abdulla isə bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strategiya, prezident İlham Əliyevin bugünkü və gələcək siyasətinin ciddi analitik təhlili aparılır. Akademik Ramiz Mehdiyevin “XXI əsrdə Azərbaycan ideyası kreativ millət konteksində” məqaləsinə toxunan K.Abdulla bu əsəri “bizimlə səmimi söhbət” kimi dəyərləndirib. K.Abdulla Azərbaycan dilinin mövcud vəziyyətindən də danışıb və bildirib ki, dil cəmiyyətin həssas tərəfidir. “Azərbaycan dilinin hazırkı problemləri hamımızı narahat edir. Bu problemlər və onun həlli yolları yeni hazırlanacaq Dövlət Proqramında tam əks olunacaq”. Xalq yazıçısı Çingiz Abdullayev isə bildirib ki, dünyadakı uğurlu adamlar yaradıcılardır. O, Azərbaycanın gələcəkdə daha da uğur qazanması yolları ilə bağlı gənclərə bəzi tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-6689.html