Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir
06.07.12 01:08

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Ceyms Appaturay Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq. NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihənin açılış mərasiminə qatılacaq, NİSA Yay Məktəbinin “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüşəcək. C.Appaturayın Azərbaycana səfəri iyulun 6-də yekunlaşacaq.
URL / WWW
http://kelam.az/article/a-6688.html