Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Nazir: “Avropa Birliyi ölkələrində təhsilə ayrılan vəsait Azərbaycanla müqayisə oluna bilməz”
05.07.12 02:37

Avropa Birliyinə üzv ölkələrdə, o cümlədən İtaliya, Litvada təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.

“KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Bu günlərdə Litva və İtaliyada səfərdə olduğunu xatırladan M.Mərdanov bildirib ki, səfərin məqsədi həmin ölkələrin təhsil sistemi və orada həyata keçirilən islahatlarla tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətləri Azərbaycanın təhsil sistemində tətbiq etmək olub: “Hər iki ölkədə, ümumiyyətlə, Avropa Birliyinə üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı dəfələrlə çoxdur, bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz. İtaliyada görüş olan zaman məndən soruşdular ki, sizdə müəllimin orta aylıq əmək haqqı nə qədərdir. Mən də onların suallarını cavablandırdım. İtaliyanın təhsil nazirinin müavini üzünü görüşdə iştirak edən müəllimlərə tutaraq dedi ki, gördünüz. Deyə bilərəm ki, orada orta aylıq əmək haqqı bizdən təqribən 2 dəfə çoxdur”.
URL / WWW
http://kelam.az/article/a-6684.html