Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu gün respublikanın 13 rayonunda buraxılış imtahanı keçirilir
04.07.12 19:37

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanları keçirir. İmtahan respublikanın 13 şəhər və rayonunda, o cümlədən Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.İmtahanda aşağıda qeyd olunan kateqoriyadan olan şagirdlər iştirak edəcəklər:
- üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi) TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş ümumi orta  və tam orta təhsil səviyyələrinin buraxılış sinif  şagirdləri 
- tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər
- əvvəlki illərdə imtahanda iştirak etməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər
- əvvəlki illərdə buraxılış imtahanında ana dili və riyaziyyat  fənlərinin hər ikisi üzrə qeyri-kafi qiymət alan, o cümlədən eksternat qaydasında  bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər.
Bu gün keçiriləcək buraxılış imtahanlarında ümumilikdə 4529 (4382 XI sinif şagirdi , 147 nəfər isə IX sinif şagirdi) şagirdin iştirakı gözlənilir. İmtahanların keçirilməsi üçün ümumilikdə 15 imtahan mərkəzi ayrılıb. İmtahan prosesini idarə etmək üçün 35 imtahan rəhəbəri, 344 nəfər isə zal nəzarətçisi cəlb olunub.
URL / WWW
http://kelam.az/article/a-6682.html