Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan Dillər Universitetində “Məzun günü” qeyd olunub
04.07.12 19:37

ADU-da  2011-2012-ci tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin “Məzun günü” keçirilib. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbiri giriş sözü ilə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açıb. Rektor məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, universitetin tələbələri ilə fəxr etdiyini dilə gətirib. O, həmçinin ADU-nun beynəlxalq əlaqələrindən, qazandığı uğurlardan söz açıb. Çıxışının sonunda rektor ADU-nun bir ailə olduğunu iştirakçıların diqqətinə çatdırıb və müəllimlərə, valideynlərə öz minnətdarlığını bildirib.Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, 2011-2012-ci tədris ilində ADU-nu fakültələr üzrə əyani şöbədə 1011, qiyabi şöbədə 80 nəfər, həmçinin universitetin magistraturasının əyani şöbəsini 123, qiyabi şöbəsini 36 nəfər magistr bitirib.
URL / WWW
http://kelam.az/article/a-6681.html