Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa Birliyinin prezidenti Herman van Rompeyin Cənubi Qafqaz bölgəsinə səfəri başlayır
03.07.12 19:49

Bu gün Avropa Birliyinin prezidenti Herman van Rompeyin Cənubi Qafqaz bölgəsinə səfəri başlayır. “KƏLAMİNFO” xəbər verir ki, Herman van Rompey bu gün İrəvana gələcək. AB prezidentinin səfər proqramına prezident Serj Sərkisyan, parlamentin spikeri Xovik Abramyanla görüş daxildir. Herman van Rompey daha sonra Ermənistan parlamentində çıxış edəcək. Ermənistandan sonra Gürcüstana səfər edəcək AB prezidenti Gürcüstan prezidenti Mixail Saakaşvili və parlamentin sədri David Bakradze ilə görüşəcək. Herman van Rompeyin Azərbaycana iyulun 5-də gəlməsi nəzərdə tutulur. AB prezidentinin səfər proqramına prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədovla görüşlər daxildir. Bakıya səfəri çərçivəsində Herman van Rompey Azərbaycan Dillər Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış edəcək, ona universitetin fəxri doktoru adı təqdim olunacaq. AB prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycan-Avropa Birliyi münasibətləri, ikitərəfli əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-6668.html