Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-ın əməkdaşı Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Sammitində iştirak edəcək
03.07.12 23:49

İyulun 3-10-u tarixlərində Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri dos. dr. Rövşən İbrahimov Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sayca 2-ci Beynəlxalq Model Qlobal Sammitində iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazan şəhərinə gedəcək. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. Tədbirin məqsədi gənclər arasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin münasibətlərinin necə formalaşdığını müzakirə etmək və öyrənməkdir. Tədbirdə foruma 57 üzv dövlətdən 190-a yaxın tələbə, media nümayəndələrinin iştirakı gözlənilir. R.İbrahimovun Yüksək Səviyyəli Məsləhətçi Şurasının üzvü kimi iştirakı və eyni zamanda forum iştirakçıları qarşısında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-6667.html