Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınma mərasimi keçirilib
03.07.12 19:49

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Leyla Əliyevanın iştirakı ilə 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınma mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri giriş nitqi ilə prezident İlham Əliyev açıb. Daha sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verib. A.Rəhimov qeyd edib ki, Azərbaycan bayrağı iyulun 25-də Londonda qaldırılacaq, iyulun 28-də isə bir sıra ölkələrin iştirakı ilə Azərbaycan Günü keçiriləcək. Tədbirdə, həmçinin sərbəst güləş yığmasının böyük məşqçisi Firdovsi Umudov, atletika idman növü üzrə paralimpiya yığmasının üzvü Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış ediblər. Tədbirdə olimpiadaçılar and içiblər. Nazir deyib ki, XXX London Yay Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək: “Azərbaycan idmançıları olimpiya oyunlarına tam olaraq hazırdır”.
URL / WWW
http://kelam.az/article/a-6665.html