Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “İsraili yer üzündən silərik”
02.07.12 21:43

İran İsraili növbəti dəfə təhdid edib. “KƏLAMİNFO” xəbər verir ki, İran Dövlət Televiziyasının xəbərinə görə, İnqilab Keşikçilərinin Hava-Kosmos Qüvvələri komandanı Əmir Əli Hacızadə İsrailin İrana hücum təhdidlərini dəyərləndirib. Hacızadə İsrailin İranla boy ölçəcək gücdə olmadığını deyib: “Sionist rejim İrana hücum edəcək gücdə olsaydı, bir an belə durmazdı”. İsraillə “Hizbullah” arasındakı “33 gün” müharibəsini xatırladan Hacızadə “Onlar Livandakı “Hizbullah” kimi kiçik bir qrupa məğlub oldular. İrana necə hücum edə bilərlər” - deyə sözlərini davam etdirib. İsrailin ABŞ olmadan belə işə əl ata bilməyəcəyini söyləyən İran rəsmisi bölgədəki bütün ABŞ hərbi bazalarının hücum mənzilində olduğunun bilindiyini qeyd edib. Vaşinqtonun belə bir yükün altına girə bilməyəcəyini vurğulayan general Hacızadə İsrailə də bu haqda dəfələrlə xəbərdarlıq edildiyini xatırladıb: “Onların belə bir cəsarəti yoxdur. Sionist rejim belə bir səhvə yol verərsə, yox olar. Onları yer üzündən silərik”.
URL / WWW
http://kelam.az/article/a-6664.html