Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM direktorunun müavini Gülşən Paşayeva Moskvada səfərdə olacaq
02.07.12 21:43

İyulun 2-5-i tarixlərində Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva Moskvada səfərdə olacaq. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. G.Paşayeva Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Strateji və Siyasi Araşdırmalar Mərkəzinin Rusiya - ABŞ Dartmut Konfransı çərçivəsində təşkil edilən beynəlxalq müşavirədə iştirak edəcək. Toplantıda Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti və həlli yolları müzakirə olunacaq. Xatırladaq ki, Dartmut Konfransı keçən əsrin ortalarında fəaliyyətə başlayıb və məqsədi regional münaqişələrin həllində ümumi mövqelərin hazırlanmasıdır. Sovet İttifaqının süqutundan sonra bu konfransın həmsədrləri ABŞ və Rusiya olub.
URL / WWW
http://kelam.az/article/a-6660.html