Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistanın müdafiə naziri rüşvətdə ittiham olunub
28.01.10 03:04

Ermənistanın müdafiə naziri Seyran Ohanyan rüşvət almaqda ittiham olunub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, “Aykakan jamanax” qəzeti Ohanyanın İrəvanın mərkəzində bütöv bir binanı satın alması, onun aylıq gəlirinin bir neçə milyon dolları aşmasına dair məlumat yayıb. Bu gün Ermənistanın Müdafiə Nazirliyi məsələ ilə bağlı təkzib verib. Təkzibdə Müdafiə Nazirliyi bu xəbərin yalan olduğunu bəyan edib. “S.Ohanyanın fəaliyyəti həmişə şəffaf və cəmiyyət üçün açıq olub”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilib. Müdafiə Nazirliyi hesab edir ki, bu xəbərin müəllifləri müdafiə nazirinin şəxsən nəzarətə götürdüyü tender prosesində maraqları pozulmuş təşkilatlar və şəxslər arasındadır.
URL / WWW
http://kelam.az/article/a-666.html