Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın İllik Sessiyasında iştirak edəcək
02.07.12 21:43

TÜRKPA nümayəndə heyəti 4-10 iyul tarixlərində ATƏT PA-nın Monakoda keçiriləcək 21-ci İllik Sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Səfərdə TÜRKPA nümayəndə heyətinə Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Kuanış Sultanov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə TÜRKPA baş katibi Ramil Həsənov da daxildir. Sessiya çərçivəsində bir çox ölkənin nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin səfər müddətində qarşılıqlı münasibətləri müzakirə etmək məqsədi ilə TÜRKPA-ya üzv dövlətlərinin ATƏT PA-dakı daimi nümayəndə heyətlərinin 2-ci görüşünün keçirilməsi də planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-6659.html