Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ramil Usubov: Son 18 ildə 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib
03.07.12 02:42

Ölkədə cinayətkarlığa qarşı barışmaz mübarizənin başlanğıcını qoymuş 1994-cü ildən sonrakı dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib. Nazir xatırladıb ki, əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 6 tondan çox narkotik vasitə çıxarılıb. R.Usubov hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini məhz böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil etdiyini açıqlayıb. Nazir deyib ki, əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar və s. əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. Nazir vurğulayıb ki, həyata keçirilən kompleks tədbirlərlə orqan və hissələrdə qanunçuluq da əhəmiyyətli dərəcədə möhkəmlənib, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına nail olunub. Təkcə ötən il polis əməkdaşlarından şikayətlərin sayı 2010-cu ilə nisbətən 26 faiz, əsassız saxlamalar 32 faiz, əsassız gətirmələr 46 faiz, əsassız cinayət məsuliyyətinə cəlb etmələr isə 60 faiz azalıb.
URL / WWW
http://kelam.az/article/a-6657.html