Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İran Xəzər dənizində sualtı qayıqlar yerləşdirməyə hazırlaşır
02.07.12 21:42

İranın yarırəsmi “Fars” agentliyinin verdiyi məlumata görə, Tehran Xəzər dənizində sualtı qayıqlar yerləşdirməyə hazırlaşır. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, admiral Abbas Zamini bildirib ki, İran Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın da çıxışı olduğu Xəzər dənizində “yüngül” sualtı qayıqlar yerləşdirilməsini planlaşdırır. Admiral detallara varmayıb. İranın Xəzər dənizində hansı tipli sualtı qayıqlar yerləşdirməyi planlaşdırdığı hələlik aydın deyil. İranın arsenalında səkkiz sualtı qayığın mövcud olduğu məlumdur. Bunların üçü Rusiya istehsalı olan “Paltus” tipli, dördü isə Cənubi Koreyada istehsal edilmiş kiçik qayıqlardır. Dizel-elektrik mühərrikə malik “Nəhəng” sualtı qayıq isə İranın özündə istehsal edilib. Bu sualtı qayıqların hamısı Fars körfəzindəki bazalardadır. İyun ayında İran atom sualtı qayığın istehsalına başlanılacağını elan etmişdi. Bu, İranın hərbi dəniz donanmasının gücləndirilməsi məqsədilə genişmiqyaslı hərbi gəmi istehsalı proqramının bir hissəsidir. İranın yaxın zamanlarda 10 hərbi gəmi istehsalını planlaşdırdığı deyilir. Bundan öncə İranın beynəlxalq sularda mövcudluğunu artırmağa çalışdığı haqda məlumatlar verilmişdi.
URL / WWW
http://kelam.az/article/a-6656.html