Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə Silahlı Qüvvələri vurulan təyyarə ilə bağlı açıqlama verib
29.06.12 20:45

Türkiyə Silahlı Qüvvələri Suriyada vurulan təyyarə ilə bağlı açıqlama verib. Açıqlamada axtarış və xilasetmə tədbirləri zamanı pilotlara məxsus bəzi əşyaların və təyyarənin bəzi hissələrinin tapıldığı bildirilib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Baş Qərargah axtarışların 5 hərbi gəmi, bir təyyarə və dörd axtarış-xilasetmə vertolyotu ilə davam etdirildiyini söyləyib. Açıqlamada “Dərinliyi 1260 metrə yaxın olan axtarış bölgəsində hidroqrafik gəmidən başqa bir gəminin olmasına dair işlər Xarici İşlər və Müdafiə nazirlikləri ilə koordinasiyalı şəkildə həyata keçirilməkdədir” sözlərinə yer verilib. Baş Qərargah Suriyadan qaçırılan MİG-21 təyyarəsinin kodlarının Təl-Əvivdə deşifrə edilərək İncirlikdə Türkiyə Hava Qüvvələrinə aid RF təyyarəsinə ötürüldüyünə dair iddiaların isə əsasız olduğunu bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-6655.html