Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obamanın səhiyyə islahatları planı təsdiq edilib
30.06.12 02:45

ABŞ Ali Məhkəməsi prezident Barak Obamanın səhiyyə islahatları planını təsdiq edib. Plana əsasən 30 milyon sığortasız amerikalı tibbi yardımla təmin ediləcək. “KƏLAMİNFO”nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, məhkəmədə Obamanı planının rədd ediləcəyi gözlənilirdi. Obamanın opponentləri islahatları qeyir-konstitusion adlandırır. Onların fikrincə, Konqres heç kimi tibbi sığorta almağa məcbur etməməlidir. Məhkəmənin qərarı Barak Obamnın böyük qələbəsi və bunun onun yenidən prezident seçilmə şanslarının artması kimi qiymətləndirilir. Planın uşaqların 26 yaşınadək valideynlərinin sığortasından istifadə etməsi və xroniki xəstələrə sığorta verilməsi kimi bəzi maddələri artıq təsdiq edilib.Lakin əhali arasında islahatlarla bağlı dərin fikir ayrılığı hökm sürür. ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni qərar qəbul edilməzdən bir gün əvvəl demişdi ki, iqtisadi tənəzzül dövründə Obamanın səhiyyəyə diqqət yetirməsi mənəvi səhvdir. Prezident Obama isə məhkəmənin qərarını bütün amerikalıların qələbəsi adlandırıb.
URL / WWW
http://kelam.az/article/a-6654.html