Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İTV-də əcnəbi seriallar subtitrlərlə verilməyəcək
30.06.12 02:45

Bu gün Milli Məclisin növbədənkənar iclasında İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Eyni halda “İctimai televiziya və radio yayımı haqqında” qanuna 11 dəyişiklik edilir. N.Cəfərov iclasda bildirib ki, İTV-nin digər televiziya kanallarından fərqli olaraq yaradılanda üzərinə müəyyən öhdəliklər qoyulub və reklama digər kanallardan fərqli olaraq daha az yer verilir. “İctimai televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, ictimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilib. “İctimai televiziya və radio yayımı haqqında” qanuna təklif olunan dəyişikliyə görə, İTV-də əcnəbi filmlər subtitrlərlə veriləcək. Xatırladaq ki, əvvəlcə serialların da subtitrlərlə verilməsi qanun layihəsinə daxil edilmişdi. Lakin layihəyə dəyişiklik edilərək serial sözləri çıxarılıb. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlər müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-6653.html