Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: “Hələlik heç kimə qızıl və gümüş medal verilməyib”
29.06.12 20:45

“Bu il qızıl və gümüş medalların verilməsi ilə əlaqədar qərar qəbul etməmişik. Bütün buraxılış imtahanları qurtardıqdan, nəticələr Təhsil Nazirliyinə gəldikdən sonra bununla bağlı qərar qəbul ediləcək. Odur ki, hələlik heç kimə qızıl və gümüş medal verilməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov deyib. Mətbuatda builki şagirdlərə medalların verilməsi ilə bağlı məlumatın yayıldığını xatırladan nazirin sözlərinə görə, qızıl medallar Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən verilə bilər: “Ötən il buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirirdi. Bu il dəyişiklik olub. Həmin dəyişikliyə uyğun bu məsələyə yenidən baxmalıyıq. Hələlik Azərbaycanda bu ilin yekunlarına əsasən heç kəsə qızıl və gümüş medal verilməyib”. Nazir həmçinin bildirib ki, orta məktəb məzunlarına attestatların verilməsində heç bir problem yoxdur: “Bakı şəhəri üzrə attestatlar verilib. TQDK-dan qiymətlər haqqında məlumatlar aldıqca attestatları verəcəyik. Burada heç bir problem yaranmayacaq”.
URL / WWW
http://kelam.az/article/a-6652.html