Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq
30.06.12 02:45

Bu il müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir deyib ki, müəllimlərin işə qəbulu regionlar üzrə keçirilməyəcək, çünki müəllimlərin işə qəbulunun regionlarda keçirilməsi vaxt baxımından mümkün deyil. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı ötən ilki prosedurlar daha təkmil formada həyata keçiriləcək: “Əsas yenilik ondan ibarət olacaq ki, ötən il müəllimlər imtahan verdikdən sonra minimal bal həddi müəyyənləşdirirdik. Müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddini götürdük. Yəni müəyyən bal toplamışları yerimiz olana qədər işə götürəcəyik. Bundan sonra ikinci yerləşdirmə olmayacaq”.Nazir vakant yerlərin ümumi sayının hələ tam müəyyən olmadığını deyib: “Hələlik yerlərdən vakant müəllim yerləri ilə bağlı məlumatlar gəlməkdə davam edir. Yekun nəticə ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək”. Nazir bu il vakant yerlərin sayının ötən ildən çox olmasının səbəbinə də aydınlıq gətirib: “Ola bilər ki, bu say yaşla əlaqədar olaraq artıb. Çünki yaş senzi ilə əlaqədar bir çox müəllim pensiyaya gedib. Ancaq hansı ixtisaslarda vakant müəllim yerlərinin sayının çox olması ilə bağlı dəqiq məlumat yoxdur”.
URL / WWW
http://kelam.az/article/a-6650.html