Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclis Aparatının şöbə müdiri Cenevrədə səfərdədir
28.01.10 03:00

Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının Məsləhətçi Komitəsinin növbəti sessiyasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir. KƏLAMİNFO xəbər verir ki, sessiyada L.Hüseynovun “İtkin düşmüş şəxslər” məsələsi üzrə hazırladığı ilkin məruzənin təqdimatı olub. Məruzənin müzakirəsində dövlətlərin, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Məruzədə silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısının alınması, itkin düşmüş şəxslərin və onların ailə üzvlərinin hüquqlarının qorunması, münaqişələr zamanı bir-birindən ayrı düşmüş ailə üzvləri arasında əlaqələrin bərpa edilməsi, itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək və digər məsələlər araşdırılıb. Daha sonra məruzə BMT-nin İnsan Hüquqları Şurasına təqdim ediləcək. Qeyd edək ki, L.Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının Məsləhətçi Komitəsinə 2008-ci ildə seçilib. O, komitənin 18 ekspertindən biridir.
URL / WWW
http://kelam.az/article/a-665.html