Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Parlamentdə hökumətlərarası sənədlər ratifikasiya edilib
29.06.12 20:45

Milli Məclisin bu gün keçən növbədənkənar iclasında Qırğızıstan, Bolqarıstan, Hindistan, Makedoniya, Ukrayna ilə hökumətlərarası sənədlər ratifikasiya edilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Azərbaycan Prezidenti və Qırğız Prezidentinin Birgə Bəyanatı, “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib.
URL / WWW
http://kelam.az/article/a-6647.html