Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlir
30.06.12 01:45

İyulun 5-6-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanda səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı Ceyms Appaturay Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq. NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərə qatılacaq, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihəsinin açılış mərasiminə qatılacaq. Bundan başqa, NİSA Yay Məktəbinin 1-7 iyul tarixlində keçirəcəyi “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüş keçirəcək.
URL / WWW
http://kelam.az/article/a-6646.html