Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Apelyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
29.06.12 20:45

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu növbədənkənar iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov gündəlikdə əvvəlcə bir sıra Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsinin olduğunu bildirib. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Vüqar Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Kəmaləddin Bədəlov, Toğrul Əliyev, İlqar Hüseynov, Raqib Qurbanov, Vidadi Məmmədov, Nurəddin Mustafayev, Elşanə Vəliyeva, Cahangir Yusifov Bakı Apelyasiya Məhkəməsinin hakimləri, Şamil Rzaquliyev Gəncə Apelyasiya Məhkəməsinin hakimi, Vidadi Cəfərov, Telman Quliyev Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri, Məhərrəm Allahverdiyev, Etibar Camalov, Tofiq Heydərov, Nüsrət Mirzəyev Şirvan Apelyasiya Məhkəməsinin hakimləri, Vidadi Qasımov, Hümbət Səlimov Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin ediliblər. Ə.Hüseynli bildirib ki, təyin olunan bu hakimlər 2007-ci ildə test üsulu ilə imtahan verən və yüksək nəticə göstərən hakimlərdir. “Hazırda həmin test imtahanında yüksək nəticə göstərən 55 nəfərdən daha peşəkarları növbəti instansiya məhkəmələrindəki vakant yerlərə təyin olunub” - deyə o əlavə edib. İclasda, həmçinin səlahiyyət müddəti 2012-ci il iyulun 28-də başa çatan Qaradağ rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilov həmin tarixdən Bakı Apelyasiya Məhkəməsinin hakimi, Zaqatala rayon Məhkəməsinin hakimi Elçin Hüseynov Şəki Apelyasiya Məhkəməsinin hakimi, Şəki Apelyasiya Məhkəməsinin hakimi Qəzənfər Kərimov isə vəzifəsindən azad edilərək Şirvan Apelyasiya Məhkəməsinə hakim təyin edilib.
URL / WWW
http://kelam.az/article/a-6645.html