Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın Los-Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin gənc liderləri qarşısında çıxış edib
29.06.12 20:45

Amerika Yəhudi Komitəsinin gənclər təşkilatı ACCESS-in dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev təşkilatın gənc yəhudi liderləri qarşısında çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Konsulluqdan veriblər. Baş konsul çıxışında əsasən Azərbaycanın yaxın tarixi və hazırkı inkişafı, regionda oynadığı aparıcı rol, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, Azərbaycanın ABŞ və İsraillə münasibətləri, xalqımızın qədim tolerantlıq ənənələri, Azərbaycandakı yəhudi icması və bu icmaya ölkə rəhbərliyinin göstərdiyi yüksək diqqət və digər məsələlər barədə danışıb. Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
URL / WWW
http://kelam.az/article/a-6644.html