Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Cansız rəsm əsəri canlı bağçaya çevrilib
28.06.12 22:14

Nyu Yorkda bir rəsm əsəri əsasında bağça salınıb və iki ayda bu bağçanı 100 min sənətsevər gəzib, güllər və çiçəklərlə bəzədilmiş yam-yaşıl bağçanı gəzənlər özlərini sanki rəssamın tablosunun içində hiss etdiklərini bildiriblər. Bu qeyri-adi mənzərəni gəzən amerikalılar xoş ətirli nəfəsi Nyu-Yorkun Bronx bölgəsində alırlar. “KƏLAMİNFO” xəbər verir ki, may ayında qapılarını ziyarətçilərinə açan bu mistik sərgi, məşhur fransız ressam Claude Oscar Monetin “Nilufərlər" tablosunun sürəti olaraq layihələndirilib. 86 yaşındaykən ağciyər xərçəngindən ölən Monetnin 1906-cı ildə Givernidəki bağçasında çəkdiyi əsər rəssamlar dünyasının avtoritetlərdən də yüksək qiymət alıb. Qeyd edək ki, rəssamın sözü gedən tablosunu canlı olaraq bağça halında sərgiləmək fikri Paul Tukerə aiddir. “Ziyarətçilərimiz Monetnin məşhur rəsm əsərini canlı-canlı hiss edə bilirlər. Biz bağçada onun əsərində istifadə etdiyi çiçəklərin eynilərini sərgiləyirik. Təbiətdəki canlı çiçəklər hər gün dəyişilir. Biz də o çiçəklərin Monetnin əsərindəki kimi qalması üçün hər gün çox böyük mücadilə aparırıq. Bu bağçada təxminən 150 fərqli gül növləri var. Yapon ağacları ilə salxım söyüdlərinin tablodakı kimi eyni rəng çalarlarında olması üçün çox uzun müqayisələrdən və əziyyətdən sonra rəngləri seçə bildik”-deyə möhtəşəm bağçanın ideya müəllifi P.Tuker bildirib. Xatırladaq ki, Nyu-Yorkdakı Botanika Bağındakı sərgi 21 oktyabra qədər açıq olacaq.
URL / WWW
http://kelam.az/article/a-6642.html