Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğan: “Heç bir ölkəyə düşməncəsinə yanaşmırıq”
29.06.12 01:14

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk yerli təyyarəsi “Hürkuş”un anqardan çıxarılma mərasimində Suriya ilə bağlı sərt açıqlamalar verib. “Kimsənin torpağında gözümüz yoxdur” deyən Ərdoğan Türkiyə üzərində oynanan ssenariləri boşa çıxarcaqlarını bildirib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin hücum niyyətində olmadığını, sülhü, istiqbalı qorumaq, birlik və bərabərlik istiqamətindəki hər cür təhlükəni ortadan qaldırmaq üçün müdafiə sahəsinə sərmayə qoyduğunu söyləyib: “Heç bir ölkəyə düşməncəsinə yanaşmır, kimsəni təhdid etmirik. Türkiyə əmin olunası ölkədir, amma bizə qarşı hücumlara, təhdidlərə də ən sərt cavabı verər və lazım gələni etməkdən çəkinmərik. Hər cür terror təşkilatına qarşı amansız mübarizə aparmaqda olan bir dövlətik. Xalqına dövlət terroru edənlərə və Türkiyəni təhdid etməyə çalışanlara hədlərini bildirməyi də bilirik. Böyük dövlətlərin düşmənləri olar. Təyyarəmizə, gəmimizə, əsgərimizə, zaman-zaman bayrağımıza qarşı alçaqcasına edilən hücumları zəiflik kimi görənlər böyük dövləti olmayanlardır”.
URL / WWW
http://kelam.az/article/a-6638.html