Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azad Rəhimov və Macarıstanın sosial ailə və gənclərlə iş üzrə Dövlət katibi ilə görüşüb
29.06.12 02:14

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Macarıstanın sosial ailə və gənclərlə iş üzrə Dövlət katibi Mikloş Soltes arasında görüş olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya GİN-dən veriblər. Azad Rəhimov qonaqla görüşündə gənclər və idman sahəsində görülən işlər, qəbul olunan dövlət proqramları, Azərbaycan idmançılarının London Yay Olimpiya oyunlarına hazırlığı, müstəqillik qazandıqdan sonra Azərbaycanın ilk dəfə olaraq olimpiadaya ən böyük komanda ilə getməsi, idman infrastrukturu, idman növlərinin inkişafı və bu istiqamətdə görülən işlər haqda məlumat verib. A.Rəhimov deyib ki, hazırda ölkəmizdə 34 OİK fəaliyyət göstərməkdədir. 12 OİK isə tikilməkdədir. “Biz 2015-ci ildə Avropa tarixində ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya oyunlarına, 2016-cı il Şahmat Olimpiadasına, 2017-ci il İslam oyunlarına ev sahibliyi etmək məqsədi ilə bu istiqamətdə çalışırıq.”A.Rəhimov Macarıstan və Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndirilməsini, ölkə başçısı İlham Əliyevin hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha çox inkişafına önəm verməsini və sevindirici hal olaraq, bu sahələr sırasında gənclərin də olmasını xüsusi vurğulayıb. Macarıstanın sosial ailə və gənclərlə iş üzrə Dövlət katibi Mikloş Soltes də öz növbəsində Bakı şəhərində gerçəkləşən “Böyük ipək yolu” gənclərin beynəlxalq konqresi və festivalında iştirak etməsindən məmnun olduğunu bildirib. M.Soltes eyni zamanda bir neçə ay bunda öncə Macarıstanda yüksək səviyyədə gerçəkləşmiş xaricdə təhsil alan Azərbaycanlı gənclərin forumunu xatırlayıb, gənclər və idman sahələrinin inkişafının önəmindən söz açıb və bu istiqamətdə daha böyük işlərin görülməsi üçün çalışacağını qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-6636.html