Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fərhad Məmmədov: “Ermənistan işğalçılıq siyasəti nəticəsində bu vəziyyətə düşüb”
28.06.12 22:14

Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM),“Caucasus International” və “Turkish Policy Quarterly” jurnallarının birgə təşkil etdiyi “Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri” mövzusunda beynəlxalq konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda Gürcüstan, Ermənistan, Türkiyə və digər dövlətləri təmsil edən ekspertlər iştirak edir. SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan uğurla inkişaf edir. Onların gələcəyə baxışlarını formalaşdırmaq üçün resursları, imkanları var. Lakin regionda tək Ermənistan qalıb ki, o, hələ də işğalçılıq siyasətindən əl çəkmir və buna görə də regiondakı beynəlxalq layihələrdən təcrid olunub. “Cənubi Qafqaz regionunun inkişaf etməsi üçün işğalçı siyasətə son qoyaraq, inteqrasiyaya nail olaraq irəli baxmalıyıq. Bu kontekstdə də Ermənistanın inkişafı nəzərdə tutulmalıdır”. F.Məmmədov xatırladıb ki, Ermənistanın büdcəsi 2006-cı ildən bəri 13 faiz artıb. Azərbaycanın büdcəsi 2,5, Gürcüstanınkı isə 2 dəfə artıb. Bu o deməkdir ki, Ermənistanda irəliyə doğru inkişaf yoxdur. Eyni zamanda, Ermənistanı il ərzində 20 mindən 40 minə kimi adam tərk edir. “Bütün dünyaya onu demək istəyirik ki, Ermənistan öz işğalçılıq siyasəti nəticəsində bu vəziyyətə düşüb. Odur ki, bu vəziyyətdən çıxmaq üçün işğalçılıq siyasətindən əl çəkməlidirlər. Biz birgə yaşamağa hazırıq və Azərbaycanın daxilində Dağlıq Qarabağa ən yüksək status verilə bilər. Bunun nəticəsində Ermənistan firavan yaşaya bilər. Heç kim istəməz ki, onun kasıb qonşusu olsun, çünki kasıbçılıq ilk növbədə aqressiya deməkdir” – deyə F.Məmmədov vurğulayıb. Qeyd edək ki, konfransda Ermənistan tərəfini təmsil edən sabiq prezident Levon Ter-Petrosyanın baş müşaviri və 1991-97-ci illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçi olmuş ABŞ vətəndaşı Jirayr Libaridyandır.
URL / WWW
http://kelam.az/article/a-6635.html