Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Rusiya ilə Azərbaycan arasındakı əlaqələr hər iki xalqın maraqlarına cavab verir”
28.06.12 22:14

“Bakıda keçirilən Rusiya-Azərbaycan III Regionlararası Forumun məqsədi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin regional aspektlərini müzakirə etmək və bu sahədə mövcud vəziyyəti dəyərləndirmək, gələcək prioritet istiqamətləri müəyyən etməkdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Rusiya Azərbaycan üçün strateji tərəfdaş ölkədir. “Rusiya postsovet məkanının ən böyük ölkəsidir və Azərbaycanın bu ölkə ilə münasibətlərinin mühüm əhəmiyyəti var. Rusiya ilə Azərbaycan arasındakı əlaqələr həm rus, həm də Azərbaycan xalqının maraqlarına cavab verir. Bu kurs iki ölkənin prezidentləri – İlham Əliyev və Vladimir Putin tərəfindən müəyyən olunub, strateji tərəfdaşlıq istiqamətində davam etdirilir və bundan sonra da davam etdiriləcək” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi Forum çərçivəsində Qəbələ RLS-nin müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandıraraq deyib ki, Forum çərçivəsində RLS məsələsi müzakirə olunmur. “Ümumiyyətlə, Forum çərçivəsində hərbi təhlükəsizlik məsələlərindən başqa digər bütün məsələlər müzakirə olunur” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6633.html