Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramiz Mehdiyev: “Rusiya ilə bizim yüksək səviyyədə siyasi təmaslarımız var”
29.06.12 01:14

“Bu gün Azərbaycan və Rusiya münasibətləri sabitdir, davamlı xətt üzrə inkişaf edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən Rusiya- Azərbaycan Regionlararası Forumda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. O qeyd edib ki, iki ölkə arasında əlaqələr çoxtərəfli, çoxplanlı sahələri əhatə edir. “Əsas odur ki, bu gün bizim yüksək səviyyədə siyasi təmaslarımız var” - deyə R.Mehdiyev vurğulayıb. PA rəsmisi deyib ki, indi Rusiya və Azərbaycan arasında Hökumətlərarası komissiya fəaliyyət göstərir və komissiya müntəzəm olaraq öz iclaslarını keçirir. “Rusiya bizim əsas ticari tərəfdaşımız kimi qalır, 50 faizdən çox əmtəə dövriyyəsi Rusiyanın payına düşür. Son bir ildə iki ölkə arasında mal dövriyyəsi rekord həddə çatıb - 2 milyard 822 milyon milyard ABŞ dollarını ötüb” - deyə o əlavə edib. R.Mehdiyev bildirib ki, bu gün Azərbaycanda 120 mindən çox rus yaşayır ki, bu da Cənubi Qafqazda ən böyük rus diasporudur.
URL / WWW
http://kelam.az/article/a-6632.html