Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Forum iştirakçılarına məktub ünvanlayıb
29.06.12 02:13

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Rusiya- Azərbaycan Regionlararası Forumun iştirakçılarına məktub ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, Forumda məktubu Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub. Məktubda Prezident Forum iştirakçılarını təbrik edərək deyir ki, bu kimi Forum artıq xoş ənənəyə çevrilib. “İkitərəfli məsələlərin müzakirəsi üçün belə bir Forum əsl kürsüdür. İqtisadi, elmi texniki və humanitar sahədə münasibətlərin inkişafı tarixən formalaşan dost münasibətlərin möhkəmlənməsinə xidmət edir. Əminəm ki, bu münasibətlərin kontekstində Forum ərəfəsində işgüzar görüşlər münasibətlərə təkan verəcək” deyən İlham Əliyev Forum iştirakçılarına uğurlar arzulayıb.
URL / WWW
http://kelam.az/article/a-6628.html