Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlayıb
28.06.12 02:47

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına iyunun 24-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb. TQDK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, bakalavrlar ikinci mərhələdə onlara təqdim olunmuş test tapşırıqlarının (bəzi proqramlar üzrə isə yazılı imtahanın) nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytı ilə yanaşı, mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir. 2012-ci il iyunun 27-dən 29-dək müsabiqə şərtlərini ödəyən bakalavrlar 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin məzmununa dair bakalavrların müraciətlərinə TQDK-da yaradılan apelyasiya komissiyası tərəfindən 2012-ci il iyunun 27-dən 29-dək baxılacaq.
URL / WWW
http://kelam.az/article/a-6622.html