Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın Los-Ancelesdəki baş konsulu Kaliforniya Senatının sədri ilə görüşüb
27.06.12 19:47

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya Senatının sədri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan veriblər. Azərbaycan haqda həqiqətlərin çatdırılması və Kaliforniyanın qanunvericilik orqanları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsi məqsədilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ştatın paytaxtı Sakramento şəhərində səfərdə olub. Səfər çərçivəsində N.Ağayev Kaliforniya Senatının sədri Darrel Staynberq ilə görüşüb. Görüşdə Azərbaycanın hazırkı inkişafı, regionda oynadığı önəmli rol, Azərbaycan-ABŞ münasibətləri, o cümlədən Azərbaycanın Kaliforniya ştatı ilə əlaqələri və digər məsələlər müzakirə olunub. Baş konsul, həmçinin Kaliforniya Senatının və Assambleyasının bir çox üzvü ilə görüşərək, onlarla Azərbaycana və regiona dair müxtəlif mövzular üzrə ətraflı fikir mübadiləsi aparıb.
URL / WWW
http://kelam.az/article/a-6621.html