Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elnur Aslanov: “Qarabağ münaqişəsi regionun tam olaraq Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir”
28.06.12 03:47

“Azərbaycanla Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi regionun tam olaraq Avroatlantik məkana inteqrasiyasını çətinləşdirir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov Bakıda keçirilən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalının açılışındakı çıxışı zamanı bildirib. O qeyd edib ki, 20 faiz Azərbaycan torpağı Ermənistanın işğalı altındadır, milyonlarla qaçqın, köçkün var və bu, artıq dünya birliyində qəbul olunan real faktdır. “Baxmayaraq ki, bununla bağlı BMT-nin 4 qətnaməsi qəbul olunub, Ermənistan 20 ildir ki buna əhəmiyyət vermir, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindən çıxmaqdan imtina edir” - deyə E.Aslanov vurğulayıb. PA rəsmisi deyir ki, işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması çox böyük iqtisadi təkana səbəb ola bilər və bundan dünya da yaralanar. “Amma indi Ermənistan özü də iqtisadi böhran yaşayır, çıxış yoluna yaxın olmaq əvəzinə, münaqişə bölgəsində vəziyyəti qızışdırır” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6618.html