Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsmanın müşaviri Qazaxıstanda keçirilən beynəlxalq seminarda iştirak edib
28.06.12 02:47

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Almatıda “İnsan Hüquqları Təsisatları və gender bərabərliyi” mövzusunda seminar təşkil edib. Tədbirdə Orta Asiya, Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinin ombudsmanları, insan hüquqları təsisatlarını təmsil edən 25 ekspert iştirak edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi üzrə müşaviri S.Qəhramanova bu tədbirə qatılıb. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. ATƏT-in Gender Məsələləri üzrə Xüsusi təmsilçisi Djun Zeitlin öz çıxışında qadınların insan hüquqları üzrə beynəlxalq normaların həyata keçirilməsinin zəruriliyini, insan hüquqları üzrə təsisatların qadın hüquqları anlayışının təbliği və onların təmin olunmasının müdafiəsində mühüm rolunu qeyd edib.Seminar zamanı iştirakçılar ATƏT DTİHB-un İnsan Hüquqları üzrə Təsisatların “Qadın hüquqları və gender bərabərliyinin təbliği və müdafiəsində rolu” adlı kitabın layihəsini müzakirə ediblər. Masaüstü kitabın ərsəyə gəlməsi üçün DTİHB üzv ölkələrin İnsan Hüquqları Təsisatlarına qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin vəziyyəti barədə geniş sorğu göndərib və bu sorğuya alınan cavablar əsasında kitabın layihəsi tərtib edilib. Sorğunu əsaslı şəkildə cavablandıran Azərbaycan Ombudsman təsisatının bu sahədəki fəaliyyəti digər ölkələrə nümunə kimi xüsusi qeyd olunub. Bu kitabda qadın hüquqlarının müdafiəsi və inkişaf strategiyası, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq, üzv ölkələrin qadın hüquqlarının müdafiəsi imkanlarının artırılması və digər məsələlər öz əksini tapıb. S.Qəhrəmanova tədbirdə Azərbaycan Ombudsmanının qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təbliği mexanizmlərinə dair təkliflərini səsləndirib.
URL / WWW
http://kelam.az/article/a-6617.html