Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü Brüsseldə qeyd edilib
28.06.12 02:47

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycanın NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi və Belçikadakı səfirliyimiz birgə Brüssel şəhərində rəsmi qəbul keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın NATO yanında nümayəndəliyindən veriblər. Tədbirdə dövlətlərin Belçika Krallığı və NATO-dakı səfirləri, bu ölkəyə, NATO və Avropa İttifaqına akkreditə olunmuş diplomatik korpusun digər üzvləri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun bir sıra digər komitələrinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri, Belçika Krallığına akkreditə olunmuş Hərbi Attaşelər və Azərbaycan diasporasının nümayəndələri iştirak edib.Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbirdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Səfir Xəzər İbrahim və Hərbi Nümayəndə general-mayor Hüseyn Mahmudov açılış nitqi söyləyiblər. Onlar qonaqları Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafı tarixi və onun beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumatlandırıblar. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusilə qeyd olunub. Qəbul zamanı Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndirilib.
URL / WWW
http://kelam.az/article/a-6616.html