Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azay Quliyev Antonella Valmorbida ilə görüşüb
25.06.12 19:38

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Yerli Demokratiya Agentlikləri Assosiasiyasının (ALDA) direktoru Antonella Valmorbida ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Şuradan veriblər. Görüşdə A.Quliyev A.Valmorbidaya Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf mərhələləri, eləcə də rəhbərlik etdiyi Şuranın fəaliyyəti, məqsəd və vəzifələri haqqında məlumat verib. A.Quliyev qeyd edib ki, ölkəmizdə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində həyata keçirilən QHT layihələrinin səmərə əmsalı ildən-ilə artır, ölkənin vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq daha da güclənir. Görüşdə Şura ilə ALDA arasında əməkdaşlığın möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, baş ofisi Fransada yerləşən ALDA beynəlxalq təşkilatı dünyanın əksər ölkələrində öz nümayəndəlikləri vasitəsilə təmsil olunur.
URL / WWW
http://kelam.az/article/a-6613.html