Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-in direktoru Türkiyədə rəsmi səfərdədir
26.06.12 02:38

Bu gün Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi tərəfindən 25-26 iyun tarixlərində “Yeni vizyon axtarışı: ölkə perspektivləri” mövzusunda forumda iştirak etmək üçün İstanbula rəsmi səfərə gedib. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, keçiriləcək forumun məqsədi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının keçmişdəki fəaliyyətini qiymətləndirmək və gələcək fəaliyyət istiqamətləri haqqında tövsiyələr verməkdən ibarətdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20-ci ildönümünün də qeyd ediləcəyi tədbirin birinci günü dövlət və hökumət başçılarının sammiti, ikinci günü isə Azərbaycan, Gürcüstan, Yunanıstan, Rumıniya, Moldova, Bolqarıstan, Serbiya, Albaniya, Türkiyə ekspertlərinin iştirakı ilə forumdan ibarət olacaq.
URL / WWW
http://kelam.az/article/a-6611.html