Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Ayılmaq vaxtı çatıb
26.01.10 21:32

Düzdür, tarixdə gor qonşularımız olan və dünyanın mənfur milləti hesab edilən ermənilərin türklər tərəfindən “soyqırıma” məruz qalması faktı gerçəkliklər və həqiqətlər müstəvisində həllini tapmayıb. Heç tapmayacaq da. Çünki olmayan bir şeyi, hadisəni necə doğru və düzgün kimi qəbul etmək olar. Amma bədxah və yaramaz qonşularımızın saxta “soyqırımı” siyasətinə məruz qalmalarını az qala dünyanın o biri başına çatdıra bilmələrini eşidəndə düzü ayaqlarım da yerində quruyur. Elə o an da nədənsə böyük türk sərkərdəsi Əmir Teymurun bu sözlərini xatırlayırsan: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcək xalqlar ya məni alqışlayacaq, ya da ki, lənətləyəcəklər”.
Hər dəfə erməni vəhşiliklərindən, onların insanlığa sığmayan hərəkətlərindən söz düşəndə doğma yurdum olan Şərur torpağında baş verən hadisələri xatırlayıram. Təkcə 1918-20-ci illərdə burada mövcud olan 56 kənddə törədilən qətlamlarda 428 nəfərin öldürüldüyü, minlərlə evin dağıdıldığı, 7 minə yaxın insanın aclıq və soyuqdan öldüyü tarixi mənbələrdə öz əksini tapıb. Yüz ildən artıq ömür sürmüş doğma nənəm deyərdi ki, ölənlər arasında onun doğma və yaxın adamları da az olmayıb. “Qaçaqaç” dövründə uşaqların bir qismi Araz çayını keçərkən boğulub. Yandırılan evlər, binalar sırasında kəndimizdəki məscid də olub. Naxçıvanın Nehrəm, Yaycı, Sirab və digər kəndlərində daşnaq erməni cəlladı Andronik tərəfindən törədilən vəhşilikləri isə təsəvvürə gətirmək olduqca çətindir. On mindən artıq adam məkrli erməni siyasətinin qurbanı olub.
Nədən bu misalı, əhvalatı xatırlatdım. Bir qədər dərinə, uzağa getsək onda aydın görərik ki, məmləkətimizin digər bölgələrində-- Lənkəranda, Qazaxda, Zəngəzurda, Qubada, Şamaxıda, Bakıda soyqırımı hadisələri də yüz minlərlə ailəni əhatə edib. Hələ mən dövlət və şəxsi mülkə, əmlaka dəyən ziyanlar barədə söz açmıram. Tarixi qaynaqlar də sübut edib ki, qəddar və zülmkar qonşularımız tərəfindən 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə 2 milyon nəfərə yaxın azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, yaxud öz vətəninə deportasiya olunmuşdur.  

* * * 

“Erməni türk qırğını” haqqında iki böyük tarixi əsərin müəllifi olan Tom Krikosyanın belə bir sözü var: “Erməni məsələsi Qərb dövlətləri (diplomatları) üçün bir qapıdır. Lazım gələndə açırlar, lazım olmayanda bağlayırlar”. Artıq dünyanın nüfuzlu və təcrübəli siyasətçilərinə də məlumdur ki, “erməni siyasəti” ilə razılaşan, onu dəstəkləyən bəzi Qərb dövlətləri bəşəriyyəti dəhşətli siyasi oyuna--müsəlman-xristian ziddiyyətlərinə aparırlar. Bu məsələni təkcə xristian-müsəlman oyunu kimi səciyyələndirmək də düzgün olmaz, çünki birbaşa erməni-türk münaqişələrini dərinləşdirməklə türk dünyasını parçalamaq, dağıtmaq və onu dünyada gözdən salmaqla “məzlum erməni” obrazını formalaşdırmağa yönəldilib. “Erməni soyqırımı” məsələsi də bu sahədə onların tutarlı silahdır.
90 ildən artıqdır ki, ermənilər özlərinin saxta soyqırımı siyasətlərini təlqin edirlər. “Məqsədə gedən yolda hər vasitə gözəldir” prinsipi ilə çalışan qonşularımız niyyətlərinə çatmaq üçün dəridən-qabıqdan çıxırlar. Yeri düşdükcə dünyanın bir çox dövlətlərinin parlamentlərində “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüslər göstərirlər. Müəyyən mənada da istəklərinə nail olurlar. Çünki böyük maliyyə imkanlarına malik olan erməni lobbisinin gücü dünyanın iri və aparıcı dövlətləri tərəfindən də dəstəklənir. Əgər Avropa Parlamenti kimi mötəbər bir qurumda Naxçıvanın Culfa rayonu ərazisində qədim erməni tarixi abidələrinin, qəbirlərinin dağıdılması ilə bağlı bədnam qətnamə qəbul olunursa, onda necə də ermənipərəst dövlətlərin parlamentlərində “erməni soyqırımı”nın tanınmasına şübhə ilə yanaşasan. Bunlar, əlbəttə, siyasətdə ikiüzlüyün, problemə ikili standartlarla yanaşmanın və erməni təəssübkeşliyinin bariz nümunəsidir. 2007-ci ilin payızında ABŞ-ın ən məşhur ali təhsil ocağı olan Harvard Universitetində düzənlənən sərgidə isə onlar Naxçıvanın tarixi abidələrinə “sahib çıxmağa” çalışdılar.
Sual oluna bilər: ermənilər saxta “soyqırımı” siyasətinin qəbul olunmasının nəyinə aşiqdirlər, nə istəyirlər? Bax, bu “niyə”ni hamılıqla və lazımınca dərk etmirik. Buna biganə, laqeyd münasibət bəsləyən soydaşlarımız da çoxdur. Bəzən “Guya nə edəcəklər, bekara söhbətlərdir”,–deyirik. Təbii ki, onların əsl niyyəti “dənizdən-dənizə Ermənistan” yaratmaqdır. Bunun üçün qədim tarixə malik olan torpaqlarımıza hər vəchlə göz tikirlər. Guya onlar dünyanın qədim xalqlarından biri olub, bu yerlərdə də ata-babaları yaşayıblar. Utanıb-qızarmadan arxeoloji qazintılar nəticəsində üzə çıxarılan, Kür-Araz mədəniyyətinə aid olan maddi-mədəniyyət nümunələrini də özününküləşdirməyə çalışırlar. Bu mənada onların qədim Naxçıvan torpağı haqqında iddiaları yüksəkdir. Yaxşı bilirlər ki, bu diyar bəşər sivilzasiyasının ilkin mədəniyyət beşiklərindən biri olub. Şərur rayonunun Tənənəm kəndi yaxınlığındakı “Qazma” mağarasında altmış-yetmiş min il bundan əvvəl, daş dövrünün insanları yaşayıblar. Əshabi-kəhf, Daşqala, Kilid mağaralarında, Batabat yaylağında, Əlincəçay vadisində, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələr də daş dövrü mədəniyyətini yaşatmaqdadır. Demək istəyirlər ki, o qədim insanlar da guya bunların əcdadları olub.
Naxçıvanın qədim tarixə və mədəniyyətə malik olmasını təkcə onun daş abidələri, arxeoloji qazıntıları ilə ölçülmür. O həm də folklor və rəqs nümunələri ilə zəngindir. Min illərin, əsrlərin daş süzgəçindən keçərək bu günümüzədək gəlib çatan folklor, rəqs nümunələri də uzaq keçmişdən soraq verir. Naxçıvanın memarlıq inciləri də tariximizin canlı varlığıdır. Amma nə olsun ki, onlar bu faktlardan da çəkinmək istəmirlər.
Ermənilər həm də bu qənaətdədirlər ki, dünya ölkələrinin əksər parlamentləri “erməni genosidini” tanısa, onda “əzabkeş, məzlum erməni milləti” obrazı yaradılacaq. Bu halda onlara əlavə təzminatlar, pul yardımları veriləcək, işğal etdikləri torpaqlar üçün də bir növ bağışlanılacaqlar. Elə buradaca Ovenesyan adlı erməni müəllifinin bir sayıqlamasını xatırlamaq yerinə düşər: “Biz soyqırım deməklə susmamalıyıq, durmamalıyıq, bunun nəticəsini istəməliyik”.
Məkrli, xəyənətkar və iblis qonşularımızın əsrlər boyu xalqımıza qarşı qətliamlar törətməsinə baxmayaraq, ürəyi açıqlığımızdan, kin-küdrətdən uzaq olduğumuzdan həmişə onlara “gor qonşusuyuq”-deyə gözümüz üstə yer etmişik. Müstəqillik dövrümüzdə düşüncə və təfəkkürümüzdə yaranan dəyişikliklərlə cəmiyyətə və dünyaya baxışlarımız da xeyli dəyişib. Milli özünü dərk prosesinin güclənməsi dünənimizə, keçmişimizə bağlılığımızı artırıb. Bu sahədə xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərini hər zaman qeyd etməliyik. Böyük öndər millətin oyanışı, dirçəlişi üçün bütün imkanlardan istifadə etməyə çalışıb. O, uzaqgörənliklə deyirdi: ”Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da …”
Bəs bizlər görülən işlərin, həyata keçirilən tədbirlərin müqabilində nə edirik? Yaxın tarixi keçmişimizdə çox ağrılar görmüşük. Təkcə ötən yüzilliyin birinci yarısı ərzində--1905-1907, 1918-1920, 1948-1953-cü illərdə başımıza açılan müsibətləri yaşada bilmişikmi? 1918-ci il martın 31-də soyqırıma məruz qalmağımızı, necə?! Əsrin sonlarında isə 20 Yanvar və Xocalı faciələri ilə üzləşdik. Onlar da qan yaddaşımıza dərin izlər saldı.

* * * 


Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə, soyqırımı siyasətinin daha qanlı bir səhifəsi oldu. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri sovet ordusuna məxsus 366-cı alayla birgə həyata keçirdikləri qətliam faşist cəlladlarının Buhenvald və Osvensim qurbanlarına verdikləri işgəncələrdən də ağır oldu. Amma çox təəsüf ki, bu faciə də zamanında soyqırımı aktı kimi açıqlanmadı, o dünya ictimaiyyətindən gizlədildi. O vaxtki hakimiyyət televiziya ekranlarında məsuliyyətsizcəsinə “Panika yaymayın, camaatı caşdılrmayın, Xocalıda cəmi 2 nəfər həlak olub”-dedi. Halbuki həmin gecə cəmi 7 min nəfər sakini olan Xocalı şəhəri yerlə yeksan edildi. 613 nəfər dinc soydaşımız öldürüldü, onların 106 nəfəri qadın idi. 56 nəfər diri-diri yandırıldı, 112 nəfər itkin düşdü, 487 nəfər şikəst edildi, 1275 nəfər əsir düşərək zülmə, işgəncəyə məruz qaldı. Hər iki valideynini itirən uşaqlar da az olmadı.
Məhz həmin günlərdə Fransanın “Frans katolik ekklezla” jurnalında milliyyətcə erməni müxbir Saracyan narahatçılıqla yazırdı: “Xocalını gözlərimlə gördüm. Hər yerdən qan iyi gəlirdi. Qar üstündə qalaqlanmış cəsədlərdən qorxdum. Qorxdum ki, bu qan üçün Azərbaycan heç vaxt susmasın…”
Həmin hadisədən üç gün sonra, Naxçıvan hava limanının yenidənqurma tədbirlərindən sonra açılış mərasimində ümümmilli liderimiz Heydər Əliyev ilk dəfə olaraq Xocalı faciəsini böyük qətliam kimi qiymətləndirmiş, həmin tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla qeyd edilmişdir. Dahi öndərin hakimiyyətə yenidən qayıdışından sonra bu faciə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı aktı kimi öz siyasi qiymətini aldı, bu barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başladı. “Xocalıda həlak olanlar respublikamızın ərazi bütövlüyü yolunda qurban gediblər. Onlar xalqımızın apardığı mübarizənin qurbanları, şəhidləridir. Onların faciəli şəkildə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, rəşadətinin nümayişidir”,- bu sözləri də müdrik siyasətçimiz o günlərdə ürək ağrısı ilə deyirdi.
1994-cü ilin fevral ayının 24-də Azərbaycan Milli Məclisi Xocalı soyqırımını geniş müzakirə etdi. Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” élan olundu.
Elə buradaca bir təsadüf nəticəsində tanış olduğum bir Xocalı sakini ilə olan söhbətimi xatırlayıram. O, Xocalı faciəsi törədilən gündən bir gün əvvəl Ağdam şəhərindəki qohumlarından birinə qonaq getmişdi. O gecənin dəhşətlərini də orada eşidib. İki oğlu, bir qızı var idi. Onlardan yalnız biri anası ilə qaçıb yaxasını qurtara bilmişdi. 12 yaşlı qızının meyidini öz çiyinləri üzərində arxaya çıxara bilib. 9 yaşlı oğlunu isə… Deyir ki, “meşənin lap ortasında tonqallar üzərində yanmış üç meyit gördüm. Əzalarının çox hissələri yanmışdı, qara külə dönmüşdülər. Biri 9-10 yaşda oğlan uşağının meyidinə oxşayırdı. Ürəyimə nə isə damdı. Barmaqılarım ilə onu qarış-qarış ölçməyə başladım. Dəhşətə gəldim. Oğlum Anar boyda idi…”
Qəhər onu danışmağa qoymadı. Bircə onu dedi ki, həmişə intiqam hissi ilə yaşayacaq. Əzizlərinin, övladlarının, soydaşlarının qanını yerdə qoymamaq üçün…
* * * 


Qafqazda milli zəmində münaqişələrin başlanmasında, qızışdırılmasında erməni ziyalılarının, xüsusən də yazıçı və alimlərinin böyük rolları olub. Biz bu iştirakı, rolu çox vədə “günah” sözü ilə də əvəzləmişik. Amma təbii ki, ermənilər, xüsusən də onların içərisində qatı millətçilik hissləri ilə yaşayanlar Zori Balayan, Nalbandyan, Ovenesyan, Aqanbekyan kimi alim və yazıçıları heç vaxt günahkar saymayıblar. Əksinə onları özlərinin bayraqdarları hesab ediblər.
Sovet dövlətinin başçısı olan M.S. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqanbekyanın 1987-ci ilin oktyabrında Fransada “Humanite” qəzetində erməni xalqına olan müraciətində səslənən sözlər də daşnaq əhval-ruhiyyəsinin bariz ifadəsi olub: “Bizim düşmənimiz türklərdir, çalış həmişə onlarla bir yerdə ol və fürsət düşən kimi onlara əzab ver, torpaqlarına sahib çıx və orada məskunlaş”.
“Mən Qarabağın ermənilərinki olduğunu eşitmək istərdim. Bir iqtisadşı kimi hesab edirəm ki, o Azərbaycana nisbətən Ermənistana daha yaxındır. Bu baxımdan mən bu barədə təklif də irəli sürmüşəm. Ümid edirəm ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq”. Bu sözləri də akademik Aqanbekyan mötəbər məclislərdə söyləyib. Sonralar məlum olub ki, daşnaq aliminin bu təklifi əvvəlcədən SSRİ rəhbərliyi tərəfindən xeyir-duasını almışdı.
Ermənilərin üzdəniraq “azadlıq fədaisi” hesab olunan Nalbandyanın 1988-ci ildə erməni gəncliyinə ünvanlanan vəsiyyəti isə daha ağrılıdır: ”Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsən, eybi yoxdur, ilandır... Lakin türk görüb öldürməyibsənsə, satqınsan, vicdansızsan, xalqın düşmənisən, sən erməni deyilsən…”
Açığı, ermənilərin saxta soyqırımı siyasəti ilə bağlı dünyanın bütün guşələrində azğın və çirkin təbliğatı görəndə adamın nitqi də quruyur, bu qədər də həyasızlıq, abırsızlıq olarmı,-deyə düşünürük. Amma hərdən üzümüzü də ciddi imtahan qarşısında hiss etməliyik. 
 

* * * 


Mətləbdən uzaqlaşmaq istəmirəm. Sözümün canı, qayəsi də odur ki, necə olur ki, ermənilər uydurduqları saxta soyqırımı siyasətini hər vasitə ilə gözə soxmağa çalışırlar, bizlər isə başımıza gətirilən müsibətləri unudur, qan yaddaşımıza çevirmir, intiqam hissi ilə yaşamırıq. Görəsən, ermənilərin 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi müsibətləri olsaydı, onlar bu faciələri bizlər tək yaşadardılarmı?
 Ölkəmizdə milli dirçəliş, oyanma və milli özünüdərketmə hərəkatı başlananda ilk əvvəl gileylənmişik ki, soyqırıma məruz qalmağımız dövlət səviyyəsində lazımi qədər təsdiq olunmayıb. 1998-ci ilin martın 26-da ulu öndərimiz Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” imzalanan fərman bu istiqamətdə qarşımızda “yaşıl işıq” yandırıb. “Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər”,– bu sözləri ümummilli liderimiz millətin oyanışı, özünü dərketməsi üçün söyləyib. Onu da əlavə edib ki, “böyüyən nəsil bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”. Çünki torpağı qorumağın yeganə yolu Vətən uğrunda şəhid olmağı bacaran mübariz vətənpərvər övladlar yetişdirməkdir.
Prezident İlham Əliyev də bu məsələdə mövqe və baxışlarını hər dəfə cəsarətlə bəyan edir: ”Azərbaycanın ərazi bütüvlüyü müzakirə məsələsi deyil, olmayıb və olmayacaqdır.” Prezident onu da xüsusi vurğulayıb ki, bizim mövqeyimiz tarixi həqiqətə əsaslanır. Qarabağ, o cümlədən Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu azərbaycanlılar orada yaşamış, yaratmışlar. Ermənilər bizim torpaqlarımıza qonaq kimi gəlmişlər və ondan sonra orada əksəriyyəti təşkil eməklə o torpaqlara iddia etməyə başlamışlar.
 

* * * 


Ötən əsrin böyük düha sahiblərindən olan Üzeyir Hacıbəyovun “Nərdivan” adlı felyetonu var. Böyük ustad başlıca bəlamız olan unutqanlığımız, biganəliyimiz və laqeydliyimizlə bağlı həmin əsərində ürək ağrısı ilə yazırdı: ”Qonşularımız siçan boyda iş görməyə başlayanda biz yatmışdıq. O vaxt oyandıq ki, onlar fil boyda iş görməyə başladılar. Gözlərimizi ovcalayıb dedik ki, biz də o boyda iş görə bilərik. Başladıq filin bir ayağını qayırmağa yorulduq, durub qaçdıq. Utandıq və yenidən işə başladıq. Amma bu dəfə fildən balaca olan dəvə boyda iş görməyi qərara aldıq. Ona da gücümüz çatmadı. Başladıq dəvədən balaca olan camış, eşşək, keçi, pişik boyda iş görməyə…Məsləhəti qoyduq siçanın üstünə, bu vaxt aramnızdan bir pişik çıxdı və siçanı yedi…”
Amma nə yaxşı ki, zaman və dövr dəyişib, xalqımızın ümümmilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan siyasət düşüncə və təfəkkürümüzdə böyük yeniliklər yaradıb. Prezident İlham Əliyev də ideoloji cəbhədə bütün istiqamətlər üzrə hücuma keçməyin vaxtının çatdığını bəyan edib. Dünyanın böyük güc sahibləri tərəfindən ikili standartların oynanılmasına baxmayaraq haqqın, ədalətin qalib gələcəyinə də inamımız artıb. Ölkəmizin regionda oynadığı bu günki rol da nikbin düşünməyə əsas verir. Artıq dünyanın iri dövlətləri də bizim haqq tələblərimiz ilə razılaşırlar.


Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix elmləri namizədi, əməkdar jurnalist
URL / WWW
http://kelam.az/article/a-661.html