Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ollandın sevgilisi səhvini etiraf edib
21.06.12 19:29

Fransa prezidenti Fransua Ollandın sevgilisi Valeri Trierveilerin “Twitter”də yazdığı mesaj aranı qarışdırıb. Trierveiler Ollandın keçmiş sevgilisi və 4 uşağının anası olan Seqolen Royalın əleyhinə mesaj yazmaqla səhv etdiyini boynuna alıb. “KƏLAMİNFO” xəbər verir ki, “Le Parisien” qəzeti jurnalist sevgilinin seçkilərin ikinci turunda deputatlığa namizəd olan sosialist Royalı deyil, onun rəqibini dəstəkləyən mesaj yazdığını xəbər verir. Qəzetin xəbərinə görə, Trierveiler yaxın bir rəfiqəsinə bu mesajın səhv olduğunu etiraf edib. Ollandın sevgilisi bundan sonra daha diqqətli olacağını, ancaq “Twitter” hesabını da bağlamayacağını deyib. Qeyd edək ki, mərkəz sağ partiyası sosialistlərin arasında yaşanan bu problemi “Yelisey Sarayı indidən “Dallas” serialına döndü” deyə tənqid etmişdi.
URL / WWW
http://kelam.az/article/a-6608.html