Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident: “Metro stansiyalarının tikintisi sürətləndirilməlidir”
22.06.12 05:27

“Nəqliyyat sahəsində müsbət meyillər müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Bu da dünya miqyasında nadir, bir sistemdir. Yeni avtobuslar, yeni taksilər gətirilir. Bütün bunlar insanların rahatlığı üçün edilir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu prezident İlham Əliyev 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. “Metronun Uzunmüddətli İnkişaf Planı”nın qəbul edildiyini deyən dövlət başçısı qeyd edib ki, 2030-cu ilə qədər Bakıda metro stansiyalarının sayı 70-ə çatdırılacaq: “Nəzərə alsaq ki, bizim indi 23 stansiyamız var, onlardan üçü son illər ərzində tikilib. Beləliklə, ildə Bakıda bir neçə stansiya tikilməlidir. Mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Əlbəttə ki, özümüzün texniki imkanlarımız, şirkətlər var. Amma iş həcminin böyük olduğunu nəzərə alaraq hesab edirəm, biz bu layihəyə xarici şirkətləri də cəlb edə bilərik ki, işlər daha da sürətlə getsin. Yəni, 2030-cu ilə qədər təqribən 50-yə yaxın yeni stansiyanın tikintisini təmin etmək üçün orta hesabla ildə bir neçə stansiya təhvil verilməlidir. Bu da çox böyük layihədir. Ancaq bu da gələcəyə yönəlmiş bir baxışdır. Çünki əgər biz bu layihəni icra etməsək, nə qədər yol qovşağı tiksək də, Bakının tıxac problemlərindən canımızı qurtara bilməyəcəyik. Böyük şəhərlərdə elə yerlər var ki, orada 4-5-6 mərtəbəli yollar tikilir. Elə yollar var ki, o, binaların 6-cı, 7-ci mərtəbəsinin səviyyəsindədir. Yəni, nədən belə bir vəziyyət yaranıb? Çünki yolları artıq genişləndirməyə imkan yoxdur. Ona görə də biz də öz işimizi elə aparmalıyıq, elə hesablamalıyıq ki, gələcəkdə problem olmasın”.
URL / WWW
http://kelam.az/article/a-6603.html