Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması” mövzusunda konfrans keçiriləcək
27.01.10 03:56

Sabah Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması” mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Konfransı giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açacaq. BQXK-nin Bakı nümayəndəliyinin rəhbəri Antun Vandenhov Mədəni dəyərlərin qorunması üzrə beynəlxalq hüquqi çərçivə mövzusunda çıxış edəcək. BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Əməliyyatlarının rəhbəri, xanım Pasqal Mej Vaqner rəqabətli prioritetlər: mədəni dəyərlərin qorunması məsələsinin humanitar hüququn gündəliyinə daxil edilməsi, BQXK-nın Regional nümayəndəliyinin üzvü xanım Anastasiya Kuşleyko silahlı münaqişə zamanı mədəni dəyərlərin mühafizəsinin məqsəd və prinsipləri: mədəni dəyərlərin mühafizəsinə dair 1954-cü il Haqa Konvensiyası və Konvensiyaya əlavə iki protokol mövzusunda çıxış edəcək. Konfransda həmçinin Hollandiya Xarici İşlər Nazirliyi, Avstrya Müdafiə Nazirliyi, Abidələrin Tədqiqatı və Sənədləşdirilməsi üzrə Polşa Milli Mərkəzi, Belarus Ədliyyə Nazirliyinin Xarici əlaqələrə hüquqi dəstək idarəsinin rəis müavininin müxtəlif mövzularda məruzələri dinləniləcək.
URL / WWW
http://kelam.az/article/a-660.html