Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abel Məhərrəmov kursda qalan tələbələrdən danışdı
20.06.12 15:19

“Cari tədris ilində Bakı Dövlət Univesitetininin 4 minə yaxın məzunu olacaq. Bu məzunlardan 35 faizi 4 il ərzində Bakı Dövlət Univesitetini bitirə bilməyənlərdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib. Rektor açıqlayıb ki, universiteti bitirə bilməyənlər Hüquq fakültəsində 50, riyaziyyat fakültəsində 35 faiz təşkil edir. Rektor belə tələbələrin 4 ilə kimi universiteti bitirə bilmədiklərinin səbəbini də açıqlayıb: “Bunun səbəbi Boloniya sisteminin tələbləri və metodikasından irəli gəlir. Digər səbəb isə bəzi valideynlərin Boloniya sistemi ilə bağlı məlumatı olmamasından ibarətdir. Məsələn, soruşurlar ki, mənim uşağım gəlib 4-cü kursa çıxıb, necə ola bilər ki, 1-ci kursdan onun borcu qalsın?” deyən A.Məhərrəmov izah edib ki, Boloniya prosesindəki yanaşma özü təhsil aldığı dövrdəki sistemdən fərqlidir: “Boloniya sistemində yanaşma belədur ki, tələbə 4 ay dərsi dinləyir, sonda imtahan verir. Tələbə imtahanı bir dəfə verə bilər. Əgər tələbə imtahanda cavab verə bilmirsə, yenidən qayıdıb həmin dərsi dinləməli və təkrar imtahana buraxılmalıdır. Maarifçilik işinin əvvəlcədən aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi tələbələr və valideynlər hələ də vaxtında bu məsələyə diqqət yetirmir. İndi sual olunur ki, bu sistem yaxşıdırmı? Bəli, bunu dünya təcrübəsi tələb edir”. A.Məhərrəmov bildirib ki, Boloniya prosesinin tələbləri faktiki olaraq Bakı Dövlət Univesitetində həyata keçirilir: “Ancaq heç kim narahat olmasın, gələn il həmin tələbələr dərsləri dinləyib, yenidən imtahan verərək universiteti bitirəcəklər”.
URL / WWW
http://kelam.az/article/a-6599.html