Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK nəticələri açıqladı
21.06.12 15:19

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda rayonlarında təhsil alan XI-IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. Ümumi (9 illik) və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. Nəticələr cədvəllər üzrə www.tqdk.gov.az saytında yerləşdirilib.
URL / WWW
http://kelam.az/article/a-6598.html