Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Qaxda turizmin inkişafına hər cür dəstək verilir”
21.06.12 15:19

Son günlərdə bəzii kütləvi informasıya vasitələrində Qax rayonunda turizm fəaliyyəti ilə məşğul olan sahibkarların əsassız inçidilməsi və bu məsələlərə rayonun icra başçısı tərəfindən etinasız münasibət göstərildiyi barədə yazılar dərc edilir. “KƏLAMİNFO” Qax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq yazılanlara aydınlıq gətirib. İcra hakimiyyətindən bildirilib ki, son 2 il ərzində rayonda fəaliyyət göstərən turizm obyektlərinin heç birindən sözügedən mövzuda şikayət daxil olmayıb: “Odur ki, rayonla bağlı KİV-də getmiş materialın reallığı əks etdirmədiyi və qərəzli xarakter daşıdığını bildiririk. Eyni zamanda bildirmək istəyirik ki, respublikamızın ən dilbər güşələrindən biri olan Qax rayonunda mövcud turizm potensialının genişləndirilməsi, yeni-yeni obyektlərin inşası, xidmət çeşidlərinin artırılması, hətta kənd turizminin (fərdi evlərdə turistlərin qəbulu) inkişafı RİH-in diqqət mərkəzində saxlanılır və bu sahədə sahibkarlara hər çür dəstək verilir”.
URL / WWW
http://kelam.az/article/a-6597.html