Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA rəsmisi: “Azərbaycan və Türkmənistan ortaq nöqtələr tapacaqlar”
22.06.12 01:19

“Düşünürəm ki, Azərbaycan və Türkmənistanın müvafiq qurumları iki ölkə arasında yaşanan anlaşılmazlığı aradan qaldıracaqlar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər Türkmənistan və Azərbaycan arasında Xəzər dənizində yaşanmış gərginliyə münasibət bildirərkən söyləyib. PA rəsmisi qeyd edib ki, Türkmənistan və Azərbaycan dost və tərəfdaş dövlətdirlər: “Hər iki ölkəni bir-biri ilə bağlayan iqtisadi, siyasi, sosial dəyərlər və birgə maraqlar var. Xəzər dənizi üzrə və MDB çərçivəsində hər iki ölkənin əməkdaşlıq müstəvisi var. Hesab edirəm ki, bu son anlaşılmazlıq da aradan qalxacaq və tərəflər ortaq nöqtələr tapacaqlar”. Ə.Həsənovun sözlərinə görə, mövcud diplomatik notalar, təqdimatlar beynəlxalq hüququn normalarına uyğundur: “Ona görə də düşünürəm ki, bu məsələdə ciddi qarşıdurma yaşanmayacaq. Həm Azərbaycan, həm də Türkmənistan tərəfinin mütəxəssisləri masa arxasında oturaraq bu məsələnin nöqtəsini qoyacaqlar”. Qeyd edək ki, ötən günlərdə Türkmənistan və Azərbaycan arasında gərginlik yaşanıb. Türkmənistanın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin iyunun 18-də verdiyi bəyanata və səfirin XİN-ə çağırılmasına münasibət bildirib. Səfirliyin açıqlamasında deyilir ki, Xəzərin Azərbaycana aid olmayan sektorunda elimi-tədqiqat işləri aparan mülki gəmiyə qarşı Azərbaycan sərhəd xidməti tərəfindən hüquqazidd hərəkətlərin edilməsi cəhdi ilə əlaqədar iyunun 16-da Türkmənistan XİN Azərbaycan tərəfinə rəsmi qaydada, o cümlədən diplomatik nota göndərilməsi yolu ilə qəti etirazını bildirib. Qeyd edilib ki, bu cür hərəkətlərin davam etməsi halında adekvat addımlar atılacaq. Onu da qeyd edək ki, iyunun 18-də Türkmənistan səfiri Toylı Komekov Azərbaycan XİN-ə çağırılıb. Xaric işlər nazirinin müavini Xələf Xələfov türkmən tərəfinin Xəzərdəki mübahisəli “Kəpəz” yatağında apardığı işlə əlaqədar Azərbaycanın rəsmi etirazını səfirin diqqətinə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-6596.html